...

Bu ilki buraxılış imtahanlarında ən yaxşı və ən pis nəticə göstərən rayonların adları açıqlanıb

Cəmiyyət Materials 27 İyun 2013 15:05 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının respublikanın orta məktəblərində bu il XI illik təhsil pilləsi üzrə (tam orta təhsil) keçirdiyi buraxılış imtahanlarında ən yüksək nəticəni Naftalan şəhərinin şagirdləri göstəriblər.
Bu ilki buraxılış imtahanlarında ən yaxşı və ən pis nəticə göstərən rayonların adları açıqlanıb

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının respublikanın orta məktəblərində bu il XI illik təhsil pilləsi üzrə (tam orta təhsil) keçirdiyi buraxılış imtahanlarında ən yüksək nəticəni Naftalan şəhərinin şagirdləri göstəriblər.

Komissiyadan Trend-ə verilən məlumata görə, 11-ci siniflər üzrə ən aşağı nəticəni Sabirabad, Ağcabədi və Hacıqabul rayonlarının şagirdləri göstərib. Belə ki, Sabirabad rayonun 1779 şagirdindən cəmi 34,74%-i, Ağcabədinin 1355 şagirdindən 41,70%-i, Hacıqabulun isə 659 şagirdindən 44,01%-i imtahanlarda müsbət qiymət ala bilib.

IX sinif üzrə keçirilən buraxılış imtahanlarında ən yüksək göstəricilər türk liseylərinə, hərbi liseylər və digər nazirliklərə aid olan məktəblərə və Təhsil Nazirliyinə tabe və özəl liseylərinin şagirdləri əldə ediblər. IX siniflər üzrə türk liseylərinin 974 məzunundan 97,95%-i, hərbi liseylər və digər nazirliklərə aid olan məktəblərin 439 məzunundan 96,13%-i, Təhsil Nazirliyinə tabe və özəl liseylərinin məzunlarının isə 2422 məzunundan 91,74%-i imtahanlarda müsbət qiymətlər alıb.

Ümumi orta təhsil bazası üzrə də (IX sinif) ən aşağı nəticə Sabirabad, Saatlı və Daşkəsən rayonlarının şagirdləri olub. Sabirabad rayonun 2280 IX sinif şagirdindən 28,07%, Saatlı rayonunun 1269 şagirdindən 31.68%-i, Daşkəsən rayonun 344 şagirdindən 31,98 %-i buraxılış imtahanlarında yüksək nəticələr əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti