...

Güclü sel nəticəsində Oğuzda 50-dən çox evi su basıb, bəzi kəndlər işıqsız qalıb

Cəmiyyət Materials 3 İyul 2013 13:23 (UTC +04:00)
Burada çiy kərpicdən tikilmiş 50-dək yaşayış evini su basıb. Həyətlərdə suyun hündürlüyü 30 sm-ə qədər olub. Güclü sel həmçinin elektrik dirəklərini aşırıb. Bunun nəticəsində rayonun Bucaq, Calut, Muxas, Daşağıl kəndləri işıqsız qalıb. Hazırda enerji verilişinin bərpası üçün işlər davam etdirilir.
Güclü sel nəticəsində Oğuzda 50-dən çox evi su basıb, bəzi kəndlər işıqsız qalıb

Azərbaycan, Bakı, 3 iyul /Trend/

Güclü sel Oğuz rayonuna ciddi ziyan vurub. 50-dən çox yaşayış evini su basıb, 4 kənd işıqsız qalıb.

Trend Kanal S-ə istinadən xəbər verir ki, dünən günün ikinci yarısında yağan bir saatlıq güclü yağış Əlican çayının daşmasına səbəb olub. Nəticədə saat 17.00 radələrində başlayan güclü sel əkin sahələrini məhv edib, kəndlilərin mal-qarasını aparıb, təssərrüfata ziyan dəyib. Seldən ən çox əziyyət çəkən məcburi köçkünlərin məskunlaşdığı "Calut-2" yaşayış məntəqəsi olub.

Burada çiy kərpicdən tikilmiş 50-dək yaşayış evini su basıb. Həyətlərdə suyun hündürlüyü 30 sm-ə qədər olub. Güclü sel həmçinin elektrik dirəklərini aşırıb. Bunun nəticəsində rayonun Bucaq, Calut, Muxas, Daşağıl kəndləri işıqsız qalıb. Hazırda enerji verilişinin bərpası üçün işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti