...

İqtisadi inkişaf naziri Xaçmazda vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 3 İyul 2013 14:56 (UTC +04:00)
İyulun 13-də iqtisadi inkişaf naziri Şahin Mustafayev Xaçmaz, Şabran, Quba, Qusar və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.
İqtisadi inkişaf naziri Xaçmazda vətəndaşları qəbul edəcək

Azərbaycan, Bakı, 3 iyul /Trend/

İyulun 13-də iqtisadi inkişaf naziri Şahin Mustafayev Xaçmaz, Şabran, Quba, Qusar və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu barədə çərşənbə günü Trend-ə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.

Vətəndaşların qəbulu saat 10:00-dan etibarən Xaçmaz rayon Mədəniyyət Mərkəzində (Ünvan: Xaçmaz şəhəri, M.Rəsulzadə küçəsi, 8) təşkil olunacaqdır.

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), Nazirliyin pulsuz 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Nazirliyin Quba-Xaçmaz regional bölməsi (Ünvan: Quba şəhəri, Fətəli Xan küçəsi, 65, əlaqələndirici şəxs Aqşin Bayramov, əlaqə telefonu: (023) 335 48 99, mobil (055) 706 09 87, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti