...

Akif Əlizadə: Gənc alimlər AMEA-da idarəetməyə cəlb olunmalıdırlar

Cəmiyyət Materials 10 İyul 2013 14:01 (UTC +04:00)
Gənc və perspektivli alimlər Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) idarəetməyə daha aktiv cəlb olunmalıdırlar.
Akif Əlizadə: Gənc alimlər AMEA-da idarəetməyə cəlb olunmalıdırlar

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İ.İsabalayeva/

Gənc və perspektivli alimlər Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) idarəetməyə daha aktiv cəlb olunmalıdırlar.

Trend-in məlumatına görə, bunu AMEA prezidenti Akif Əlizadə AMEA-nın Gənc alimlərinin ümumi yığıncağında çıxış edərkən deyib.

O qeyd edib ki, AMEA-nın müvafiq strukturları üzrə gənclərin idarəetmədə payı azdır: "Bu, bir reallıqdır və narahatedici məsələdir. Biz hesab edirik ki, gənc və perspektivli alimlər Akademiyada idarəetməyə daha aktiv cəlb olunmalıdırlar. Gənclər AMEA-nın şərəfinin ucaldılması istiqamətində səy göstərməli, Azərbaycan elmi-nin önündə getməlidirlər. Bunun üçün onlar müvafiq inzibati-təşkilati resurslara sahib olmalıdırlar".

A.Əlizadə qeyd edib ki, AMEA-da müasir dövrün sosial-mədəni reallıq-larından irəli gələn, həmçinin ölkəmizin sürətli inkişafı ilə şərtlənən islahatların yeni mərhələsinə start verilib. Onun sözlərinə görə, AMEA-da həyata keçirilən islahatlarda məhz gənclərə arxalanırlar.

A.Əlizadə qeyd edib ki, indi cəmiyyətin ayrı-ayrı sosial qruplarının dövlət quruculuğunda aktiv iştirak etməsinə və öz müstəqil dövlətinin keşiyində durmasına daha çox ehtiyac yaranıb. Bu prosesdə cəmiyyətin ən aktiv hissəsi olan gənclik, xüsusən də intellektual gənclik daha fəal rol oynamalıdır. Azərbaycan cəmiyyətinin gənc, güclü, perspektivli intellekt sahibləri dövlətimizin həyata keçirdiyi siyasətdə nəinki aktiv iştirak etməli, onun avanqardına çevrilməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti