...

Azərbaycanın qəbul planı artırılan ali məktəblərin siyahısı açıqlandı

Cəmiyyət Materials 12 İyul 2013 13:46 (UTC +04:00)
2013-2014-cü tədris ili üçün Azərbaycanın ali məktəblərinə ayrılmış qəbul planında ən çox artım III ixtisas qrupu üzrə olub.
Azərbaycanın qəbul planı artırılan ali məktəblərin siyahısı açıqlandı

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir İ.İsbalayeva/

2013-2014-cü tədris ili üçün Azərbaycanın ali məktəblərinə ayrılmış qəbul planında ən çox artım III ixtisas qrupu üzrə olub. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədrinin müavini Namiq Babayev bildirib. Onun sözlərinə görə, Azərbaycanda ali məktəblərdə builki qəbul planı ötən illə müqayisədə 2439 plan yeri, başqa sözlə 7,15 faiz artaraq 36 537-ə qalxıb.

N.Babayev qeyd edib ki, I ixtisas qrupunda plan yerlərinin sayı 3%, II qrup üzrə 8,5%, III qrup üzrə 14%, IV qrup üzrə isə 0,38% artım qeydə alınıb. Ali məktəblər üzrə qəbul planında ən böyük artım Azərbaycan Diplomatik Akademiyasında olub.

Bu məktəbdə plan yerlərinin sayı 2012-ci ildə 163 olduğu halda, bu il onların sayı 300-ə qədər, yəni 87,50 faiz artırılıb. Azərbacan Milli Konservatoriyasında plan yerlərinin sayı ötən illə müqayisədə 50 faiz, Bakı Dövlət Univeritetində 10,74 faiz, Müəlllimlər İnstitutunda 19,10 faiz, Mədəniyyət və İncəsənət Univeritetində 27, 73 faiz artıb.

N.Babayev deyib ki, bu il bir çox özəl ali məktəblərdə də plan yerlərinin sayı çoxaldılıb.

Bunlarla paralel bəzi ali təhsil müsssislərində qəbul plan yerlərinin say azaldılıb. Ötən illə müqayisədə Azərbaycan Dillər Universitetində plan yerlərinin sayı 2,03 faiz, Memarlıq və İnşaat Universitetində 6, 87 faiz, Milli Aviasiya Akademiyasında 4,79 faiz, Dövlət İdarəçilik Akademiyasında 4,22 faiz azalma olub.

N.Babayev qeyd edib ki, bu il yeni fəaliyyətə başlayacaq İnformasiya Texnologiyaları Universitetinə tələbə qəbulu üçün 60 plan yeri ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti