...

Azərbaycan Gənclər Fondu "Ən yaxşı sosial çarx" müsabiqəsini elan edir

Cəmiyyət Materials 16 İyul 2013 13:16 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu “Ən yaxşı sosial çarx” adı altında gənclər arasında qısametrajlı sosial çarxlar müsabiqəsini keçirir.
Azərbaycan Gənclər Fondu "Ən yaxşı sosial çarx" müsabiqəsini elan edir

Azərbaycan, Bakı, 16 iyul /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu "Ən yaxşı sosial çarx" adı altında gənclər arasında qısametrajlı sosial çarxlar müsabiqəsini keçirir.

Fondun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd gənclərin yaradıcılıq potensialından istifadə edərək cəmiyyətin diqqətini gənclərin sosial problemlərinin həllinə istiqamətləndirməkdir.

Müsabiqədə 14-29 yaş arasında olan gənclər və ya gənclərin təşəbbüs qrupları iştirak edə bilər. Müsabiqə çərçivəsində iştirakçılar tərəfindən hazırlanacaq qısametrajlı sosial çarxlar aşağıdakı istiqamətləri əhatə etməlidir:

- Yol hərəkəti təhlükəsizliyi və mədəniyyəti;
- Vətənpərvərlik;
- Ekologiya və ətraf mühitin qorunması;
- Gənclik və təhsilin təbliği;
- Milli adət və ənənələrimiz;
- Müasir ailə dəyərləri.

Müsabiqəyə ağ-qara və yaxud rəngli, MP4, 1020p-HD formatda 3 dəqiqəyə qədər çəkilmiş və DVD diskə köçürülmüş çarxlar təqdim oluna bilər. Müsabiqə üzrə 1-ci yer üçün 2000 manat, 2-ci yer üçün 1500 manat, 3-cü yer üçün isə 1000 manat məbləğində pul mükafatı və diplom təqdim olunacaq.

Müsabiqədə iştirak edənlər hazırladıqları qısametrajlı sosial çarxları 1 sentyabr 2013-cü il tarixinədək Gənclər Fonduna təqdim etməlidir. Müsabiqəyə təqdim olunan qısametrajlı çarxların nəticələri 10 sentyabr 2013-cü il tarixində keçiriləcək təqdimat mərasimində elan ediləcək. Ünvan: Bakı şəhəri, Bülbül prospekti, 7B, Sahil Biznes Mərkəzi, ofis 4.

Bütün yaradıcı gənclər müsabiqədə aktiv iştiraka dəvət olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti