...

Xaricdə təhsil almaq istəyənlər üçün ərizələrin qeydiyyat müddəti uzadılıb

Cəmiyyət Materials 14 Avqust 2013 12:34 (UTC +04:00)
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrdə təhsil almaq istəyənlər üçün elektron ərizələrin qeydiyyat müddəti uzadılıb.
Xaricdə təhsil almaq istəyənlər üçün ərizələrin qeydiyyat müddəti uzadılıb

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir İ.İsabalayeva/

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xarici ölkələrdə təhsil almaq istəyənlər üçün elektron ərizələrin qeydiyyat müddəti uzadılıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu proqram çərçivəsində 2013-2014-cü tədris ili üzrə xaricdə təhsil almaq üçün müraciət etmək istəyən vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, elektron ərizələrin qeydiyyat müddəti 1 gün uzadılıb. Təhsil Nazirliyi elektron ərizələrin qeydiyyatı üçün son tarixin 16 avqust 2003-cü il tarixinə dəyişmək barədə qərar qəbul edib.

Avqustun 16-sı saat 23:59-a qədər qeydiyyatdan keçmiş (http://xaricdetehsil.edu.gov.az/c-proqram-haqqinda/Sened-qebulu-ELAN2013-2014/) ərizəçilər sənədlərini 16 avqustdan sonrakı 5 iş günü ərzində Təhsil Nazirliyinə təqdim edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti