Azərbaycan, Bakı, 22 avqust / Trend müxbir M.Əliyev/
Metronun Xətai - Həzi Aslanov-2 xəttinin tikintisinə başlanılıb.
Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakı Metropoliteninin mətbuat xidmətindən bildirilib.
Metropolitenin perspektiv inkişaf planının yerinə yetirilməsi üzrə yaxın beş ili əhatə edən dövlət proqramının tərkib hissəsinə çevrilmiş Yaşıl xəttin "Xətai - Həzi Aslanov-2" sahəsində inşaat işləri başlayıb.
Sifarişi yerinə yetirən təşkilatlar hər iki istiqamət üzrə ilkin işləri yekunlaşdıraraq, inşaat işlərinə başlayıblar.
"Azərtunelmetrotikinti"nin baş podratçı kimi çıxış etdiyi bu layihədə əsas tikintini Azərbaycandakı tərəfdaşı "Akkord"un vasitəçiliyi ilə Fransanın "Buiq" və Ukraynanın "İnterbudmontaj" şirkətləri yerinə yetirirlər.