...

Azərbaycanda “ASAN xidmət” mərkəzlərinin xidmətlərinə giriş asanlaşdırılıb

Cəmiyyət Materials 27 Avqust 2013 14:41 (UTC +04:00)
“Elektron hökümət” portalında (e-gov.az) Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi-“ASAN xidmət” mərkəzlərində onlayn növbə tutmaq imkanı yaradılıb.
Azərbaycanda “ASAN xidmət” mərkəzlərinin xidmətlərinə giriş asanlaşdırılıb

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir H.Vəliyev/

"Elektron hökümət" portalında (e-gov.az) Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi - "ASAN xidmət" mərkəzlərində onlayn növbə tutmaq imkanı yaradılıb. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaydığı məlumatda bildirilir.

Bu xidmətdən istifadə etməklə vətəndaşlar əlavə vaxt itkisinə yol vermədən "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlərdən istifadə məqsədilə onlayn növbə tuta biləcəklər.

Onlayn növbə tutmaq üçün hər bir şəxs portalda tələb olunan məlumatları doldurmaqla (şəxsi məlumatlar, xidmətin seçilməsi, "ASAN xidmət" mərkəzinin seçilməsi, növbə tarixinin və vaxtının seçilməsi) xidmətdən rahat yararlana bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti