...

Bakıda törədilən qətlin üstü açılıb

Cəmiyyət Materials 28 Avqust 2013 18:21 (UTC +04:00)
Bakıda qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.
Bakıda törədilən qətlin üstü açılıb

Azərbaycan, Bakı, 28 avqust /Trend/

Bakıda qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.

Bakı Şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, Nərimanov Rayon Prokurorluğu və rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 19 iyun 2013-cü il tarixdə qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.

Belə ki, iyunun 20-də üzərində kəsici-deşici xəsarətlərlə naməlum kişi meyitinin aşkar olunması faktına görə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldurmə) maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış əməliyyat-istintaq hərəkətləri nəticəsində naməlum kişi meyitinin şəxsiyyəti müəyyənləşdirilərək onun 1966-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Nağıyev Rasim Tağı oğlu olması müəyyən edilib.

Həyata keçirilmiş tədbirlər nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Ələsgərov Zöhrab Məhəmməd oğlu avqustun 27-də tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti