...

Azərbaycanda bütün tələbələr üçün nitq mədəniyyəti tədris edilə bilər

Cəmiyyət Materials 29 Avqust 2013 14:52 (UTC +04:00)
Azərbaycanın ali məktəblərində bütün ixtisaslar üzrə "Nitq mədəniyyəti" fənni tədris edilə bilər.
Azərbaycanda bütün tələbələr üçün nitq mədəniyyəti tədris edilə bilər

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın ali məktəblərində bütün ixtisaslar üzrə "Nitq mədəniyyəti" fənni tədris edilə bilər.

"Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın İşçi qrupunun sədrinin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının İctimai və humanitar elmlər bölməsinin əməkdaşı, professor Həbib Zərbəliyev Trend-ə bildirib ki, adıçəkilən proqrama uyğun olaraq, Azərbaycan dilinin və nitq mədəniyyətinin yeni formatda tədrisinin aparılması üçün yeni standartların hazırlanması nəzərdə tutulur.

H.Zərbəliyev bildirib ki, bəzən çox gözəl bir mütəxəssis öz fikrini açıqlaya bilmir, onun adi nitq qabiliyyəti olmur. Ona görə də Azərbaycan və rus bölməsində oxumasından asılı olmayaraq, bütün ixtisaslar üzrə təhsil alan tələbələr üçün "Nitq mədəniyyəti" fənninin tədris olunması vacibdir.

Alimin sözlərinə görə, ali məktəblərdə nitq mədəniyyətinin yalnız nəzəri tərəflərinin tədrisi planlaşdırılmır. Bu fənn ali məktəblərdə tələbələrin nitqini inkişaf etdirmək üçün praktiki baxımdan tədris olunacaq: "Ona görə də bu istiqamətdə iş aparılacaq və müvafiq təkliflər hazırlanacaq. Ancaq bu təkliflərin nəticəsi müzakirələrdən sonra məlum olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti