Azərbaycan, Bakı, 30 avqust / Trend, müxbir S.Əhmədova /
Amerika Birləşmiş Ştatları sabiq dövlət katibi xanım Hillari Klintonun Katibliyi Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkil etdiyi High Level Meeting for the Shared Societies forumuna müraciəti göndərilib. Trend-in məlumatına görə, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin məlumatına deyilir.
Müraciətdə qeyd olunur ki, sabiq dövlət katibi Cənubi Qafqaz forumunun yaratdığı şəbəkənin üzvlərinə və qarşıda gələn toplantı iştirakçılarına uğurlu və səmərəli forumun keçirilməsi ilə bağlı xoş arzularını çatdırıb.
Qeyd olunmalıdır ki, Shared Societies başlığı ilə reallaşdırılan Açıq Cəmiyyət Forumu Diasporla iş üzrə Dövlət Komitəsi və İsgəndəriyyə Kitabxanasının dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşəbbüsüdür. Bununla bağlı 40-a yaxın ölkənin sabiq dövlət və hökumət başçılarının iştirakı ilə mayın 5-8-də I Cənubi Qafqaz Forumu keçirilib.
Diaspora Komitəsinin dəstəyi ilə reallaşdırılan layihə çərcivəsində Bakı, Stokholm, Başınqton, Brisbon (avstraliya), Afina, İsgəndəriyyə kimi şəhərlərdə silsiləvi xarakter daşıyan yüksək səviyyəli toplantılar keçiriləcək.