...

Beynəlxalq ekspertlərin Azərbaycanda “Tolerantlığın İpək Yolu marşrutu” reallaşacaq

Cəmiyyət Materials 30 Avqust 2013 19:50
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəvəti və təşkilatçılığı ilə “Milli Tolerantlıq Mərkəzi” layihəsi çərçivəsində 30 avqustdan başlayaraq dünyanın müxtəlif ölkələrindən mədəniyyətlərarası və dinlərarası dialoq və tolerantlıq barədə müntəzəm araşdırmalar aparan və bu sahədə beynəlxalq rəyin formalaşmasında əhəmiyyətli rolu olan nüfuzlu beynəlxalq ekspertlərdən ibarət Azərbaycana səfər edəcəklər.
Beynəlxalq ekspertlərin Azərbaycanda “Tolerantlığın İpək Yolu marşrutu” reallaşacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 avqust /Trend/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəvəti və təşkilatçılığı ilə "Milli Tolerantlıq Mərkəzi" layihəsi çərçivəsində 30 avqustdan başlayaraq dünyanın müxtəlif ölkələrindən mədəniyyətlərarası və dinlərarası dialoq və tolerantlıq barədə müntəzəm araşdırmalar aparan və bu sahədə beynəlxalq rəyin formalaşmasında əhəmiyyətli rolu olan nüfuzlu beynəlxalq ekspertlərdən ibarət Azərbaycana səfər edəcəklər.

DQİDK-nın mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, səfərin əsas məqsədi ölkəmizin tolerantlıq modeli ilə yaxından tanışlıq, Bakıda və Azərbaycanın regionlarında müxtəlif dinlərin nümayəndələri ilə görüşlər, həmçinin Dövlət Komitəsi tərəfindən tərtib edilmiş "Tolerantlığın İpək Yolu marşrutunda" yer alan və ölkəmizin çoxəsrlik tolerantlıq tarixini əks etdirən tarixi abidələrin ziyarəti nəzərdə tutulur.

Qeyd edək ki, beynəlxalq ekspertlər qrupuna dünyanın müxtəlif ölkələrindən tanınmış ekspertlər daxildir. Onların arasında Fransanın "Canal+" televiziyasının aparıcısı Roknaya Diallo, mərhum Şahzadə Diananın şəxsi katibi olmuş Patrik Jefson, məşhur publisist Valeri Novoselski və başqaları var. Ekspertlər "Tolerantlığın İpək Yolu marşurutu" üzrə xüsusi olaraq hazırlanmış avtobusla Qubada Qırmızı Qəsəbəni, Şamaxıda Prezident İlham Əliyevin sərəncamıyla təmir olunmuş Cənubi Qafqazın ilk "Cümə" Məscidini, Nicdə yerləşən Qafqaz Albaniyasının qədim kilsəsini, Şəkidə Qafqazın ilk kilsəsi olan Kiş kilsəsini və digər abidələri ziyarət edəcəklər. Səfərin nəticəsi olaraq ekspertlər qrupunun DQİDK və BMT-nin birgə layihəsi olan "Milli Tolerantlıq Mərkəzinin" yeni ofisində mətbuat konfransı keçirməsi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti