...

Azərbaycanın MDB ölkələri ilə turizmin inkişaf etdirilməsi üçün təkliflər hazırlanacaq

Cəmiyyət Materials 31 Avqust 2013 13:13 (UTC +04:00)
Azərbaycanın MDB ölkələri ilə turizmin inkişaf etdirməsi üçün təkliflər hazırlanacaq.
Azərbaycanın MDB ölkələri ilə turizmin inkişaf etdirilməsi üçün təkliflər hazırlanacaq

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın MDB ölkələri ilə turizmin inkişaf etdirməsi üçün təkliflər hazırlanacaq. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib.

Onun sözlərinə görə, Azərbaycan MDB ölkələri ilə turizmi inkişaf etdirməlidir. AzTA bununla bağlı təkliflərini hazırladıqdan sonra onları Mədəniyyət və Turizm Nazirliyinə təqdim edəcək.

M.Ağakərimov bildirib ki, Azərbaycan MDB ölkələri ilə həm məsafə baxımdan yaxındır, həm də bu ölkələrin bir-birləri ilə dil problemi yoxdur: "MDB ölkələrindən çoxlu turistlərin Azərbaycana gətirilməsinə cəhd edilməlidir. O turistlərin çoxu Türkiyəyə, Dubaya gedir. Biz o turistlərin bir hissəsini Azərbaycana yönəltmiş olsaq, bununla Azərbaycanda turizmin və iqtisadiyyatın inkişafına çox kömək etmiş olarıq".

AzTA sədrinin müşaviri bildirib ki, Azərbaycanda qatar turizmi də yaradılmalıdır.

Onun sözlərinə görə, ayrıca turist qatarları ola bilər: "Məsələn, Tbilisi şəhərinə 3 günlük turizm qatarları işləyə bilər. Azərbaycandan Batumiyə çoxlu turistlər gedir. Onlar Gürcüstan vasitəsilə Türkiyəyə də keçirlər. Bu yol üzrə də marşrut etmək olar".

M.Ağakərimov bu layihəni Gürcüstanla birgə işləyə biləcəklərini də söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti