...

Azərbaycan ərazisinin 11,8 faizi meşələrdir

Cəmiyyət Materials 4 Sentyabr 2013 13:40 (UTC +04:00)
Azərbaycanda “Meşələrin bərpası və artırılmasına dair” Milli Proqram çərçivəsində meşəsalma və meşəbərpa tədbirlərinin ilbəil intensivləşdirilməsi hesabına son on ildə respublikanın meşə ilə örtülü ərazilərinin sahəsi 1 milyon 21 min hektara çatıb.
Azərbaycan ərazisinin 11,8 faizi meşələrdir

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda "Meşələrin bərpası və artırılmasına dair" Milli Proqram çərçivəsində meşəsalma və meşəbərpa tədbirlərinin ilbəil intensivləşdirilməsi hesabına son 10 ildə respublikanın meşə ilə örtülü ərazilərinin sahəsi 1 milyon 21 min hektara çatıb. Trend-in məlumatına görə, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycanda son 10 ildə meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon 21 min hektarı keçərək ümumi ölkə ərazisinin 11,4 faizindən 11,8 faizinə çatdırılıb. Proqramın icrası istiqamətində meşələrin mühafizəsi, bərpası, yeni meşəliklərin salınması məqsədilə bir sıra ciddi tədbirlər görülüb: "Belə ki, toxum tədarükü, əkin materiallarının yetişdirilməsi, meşələrin bərpası, yeni meşə massivlərinin yaradılması sahəsində göstəricilər bir neçə dəfə artmış, meşə fonduna daxil olmayan ərazilərdə - Kür-Araz çayları vadilərində, avtomobil, dəmir yolları və sututarların kənarlarında, eləcə də, Xəzər dənizi sahillərindəki qumluqların bərkidilməsi istiqamətində müvafiq tədbirlər görülüb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti