...

Azərbaycanda tələbə olmaqdan imtina etmiş abituriyentlərin statistikası açıqlandı

Cəmiyyət Materials 4 Sentyabr 2013 17:40 (UTC +04:00)
2013/2014-cü tədris ili üçün Azərbaycanın ali və orta təhsili müəssisələrinə qəbul olan abituriyentlərdən neçəsinin daxil olduqları təhsil müəssisələrində qeydiyyatdan keçdiyi açıqlanıb.
Azərbaycanda tələbə olmaqdan imtina etmiş abituriyentlərin statistikası açıqlandı

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

2013/2014-cü tədris ili üçün Azərbaycanın ali və orta təhsili müəssisələrinə qəbul olan abituriyentlərdən neçəsinin daxil olduqları təhsil müəssisələrində qeydiyyatdan keçdiyi açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, ali məktəbə qəbul imtahanlarının nəticələri əsasında aparılmış ilkin yerləşdirmə zamanı tələbə adını qazanmış 33 798 abituriyentin 32 701-i qeydiyyatdan keçib. Bu isə ilk yerləşdirmədə ali məktəbə daxil olan abituriyentlərin 96,75 faizini təşkil edib.

Ali məktəblərin vakant qalan yerlərinə aparılan əlavə yerləşdirmə nəticəsində tələbə adını qazanan 938 abituriyentin 732-si qeydiyyatdan keçib. Bu isə həmin abituriyentlərin 78 faizini təşkil edib.

Bu il tam orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul olan 8243 abituriyentin 7248-i qeydiyyadan keçib. Bu, həmin abituriyentlərin 87,93 faizini təşkil edib.

Abituriyentlərin daxil olduqları təhsil müəssisəsində qeydiyyat avqustun 20-də başlayıb və bu gün başa çatıb.

Tələb olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilib və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyib.

Qeyd edək ki, cari ildə ali məktəblər üçün ayrılmış 36 537 plan yerinə 33 745 abituriyent qəbul olub. Bu il tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 8243 nəfər qəbul olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti