...

Azərbaycanın orta məktəblərində “Şahmat” fənninin tədris olunduğu siniflərin sayı artırılır

Cəmiyyət Materials 12 Sentyabr 2013 12:24 (UTC +04:00)
2013-2014-cü tədris ilindən Azərbaycanın orta məktəblərində “Şahmat” fənni II, III və IV siniflərdə tədris ediləcək.
Azərbaycanın orta məktəblərində “Şahmat” fənninin tədris olunduğu siniflərin sayı artırılır

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

2013-2014-cü tədris ilindən Azərbaycanın orta məktəblərində "Şahmat" fənni II, III və IV siniflərdə tədris ediləcək. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, həmin fənn dərsdənkənar məşğələlərə ayrılmış vaxt hesabına dərs cədvəlinə daxil edilməklə həftədə 1 (bir) saat tədris olunacaq.

Təhsil naziri Mikayıl Cabbarovun bununla bağlı verdiyi əmrə əsasən "Şahmat" fənninin tədrisinin şagirdlərin əqli inkişafında və intellektual səviyyəsinin yüksəlməsində əhəmiyyətli rol oynadığını nəzərə alaraq, həmin fənnin tədris olunduğu pilot ümumtəhsil məktəbləri şəbəkəsi genişləndirilir.

Əmrə əsasən, 2011-2012 və 2012-2013-cü dərs illərində pilot müəssisə kimi müəyyən olunmuş ümumtəhsil məktəblərində "Şahmat" fənninin tədrisi müvafiq siniflər üzrə 2013-2014-cü dərs ilində davam etdirilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti