...

Sabahdan Azərbaycanın rayonlarında yağış tədricən kəsiləcək

Cəmiyyət Materials 12 Sentyabr 2013 12:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Sabah səhər qərb rayonlarından başlayaraq, Azərbaycanın rayonlarında yağış tədricən kəsiləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 13-də hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gün ərzində hava əsasən yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 16-19, gündüz 23-27 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 13-də Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Sabah səhər qərb rayonlarından başlayaraq, yağışın tədricən kəsiləcəyi gözlənilir.

Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti