...

Yeni dərs ilində Azərbaycanın orta ixtisas təhsili müəssisələri üçün 13 adda dərslik ilk dəfə hazırlanaraq nəşr edilib

Cəmiyyət Materials 16 Sentyabr 2013 11:11 (UTC +04:00)
Yeni dərs ilində orta ixtisas təhsili müəssisələri üçün 13 adda 17800 nüsxə dərslik, dərs vəsaiti və metodik vəsait (elektron versiyaları ilə birgə) ilk dəfə hazırlanaraq nəşr edilib və orta ixtisas təhsili müəssisələrinə paylanıb.
Yeni dərs ilində Azərbaycanın orta ixtisas təhsili müəssisələri üçün 13 adda dərslik ilk dəfə hazırlanaraq nəşr edilib

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Yeni dərs ilində orta ixtisas təhsili müəssisələri üçün 13 adda 17800 nüsxə dərslik, dərs vəsaiti və metodik vəsait (elektron versiyaları ilə birgə) ilk dəfə hazırlanaraq nəşr edilib və orta ixtisas təhsili müəssisələrinə paylanıb. Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov "Azərbaycan" qəzetinə müsahibəsində deyib.

M.Cabbarov bildirib ki, Təhsil Nazirliyində dərsliklərin çapı və yerlərə çatdırılması məsələsi ilə əlaqədar yaradılmış İşçi qrupu üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. Belə ki, 2013/2014-cü dərs ili üçün II, IV, VI, VIII, IX və XI siniflər üçün 139 adda 4011000 nüsxə dərslik və müəllimlər üçün metodik vəsaitlər hazırlanıb, çap edilib və yerlərə çatdırılıb.

Nazirin sözlərinə görə, VI sinif dərslikləri ilk dəfə olaraq kurikulum əsasında hazırlanıb. IX sinfin "Alman dili" dərsliyi də yeni dərslikdir. Digər dərsliklər isə əvvəlki nəşrlər üzərində redaktə işi aparılmaqla çap olunub: "TQDK tərəfindən monitorinqi aparılmış II, IV və VII sinif dərsliklərində redaktə və korrektə işləri aparılıb. Dərsliklər növbəti illərdə tam tirajla çap olunarkən monitorinqin nəticələri nəzərə alınacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti