...

Ombudsmanın nümayəndələri psixiatriya müəssisələrinə baxış keçiriblər

Cəmiyyət Materials 19 Sentyabr 2013 00:33 (UTC +04:00)
Azərbaycan ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri əvvəlcədən xəbərdarlıq etmədən Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına və Sumqayıt Şəhər Ruhi-Əsəb Xəstəlikləri Dispanserinə uzunmüddətli başçəkmələr həyata keçiriblər.
Ombudsmanın nümayəndələri psixiatriya müəssisələrinə baxış keçiriblər

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Azərbaycan ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri əvvəlcədən xəbərdarlıq etmədən Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına və Sumqayıt Şəhər Ruhi-Əsəb Xəstəlikləri Dispanserinə uzunmüddətli başçəkmələr həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, başçəkmələrdə məqsəd hər iki müəssisədə olan xəstələrə münasibət, şərait, müalicənin təşkili, qidalanma məsələlərinin araşdırılması olub.

Qeyd edilməlidir ki, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın da tövsiyələri nəzərə alınmaqla, 1 saylı Respublika Psixiatriya Xəstəxanasında xeyli müsbət işlər görülüb, 20-dək korpus, ikisi istisna olmaqla, əsaslı təmir edilərək müasir standartlara cavab verəcək vəziyyətə gətirilib və bu proses davam etdirilir.

Hər iki müəssisədə şərait, qidalanma, tibbi xidmət, xəstələrə qarşı rəftarla bağlı pozuntu müşahidə olunmayıb.

Eyni zamanda, şərait və qeydiyyatla bağlı bir sıra tövsiyələr hazırlanıb və Səhiyyə Nazirliyinə göndərilib.

Xəbər lenti

Xəbər lenti