...

Novruz Məmmədov İstanbulda səfərdə olub (FOTO)

Cəmiyyət Materials 21 Sentyabr 2013 01:43 (UTC +04:00)
Sentyabrın 20-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini və Administrasiyanın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov İstanbulda səfərdə olub.
Novruz Məmmədov İstanbulda səfərdə olub (FOTO)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

Sentyabrın 20-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini və Administrasiyanın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov İstanbulda səfərdə olub.

Trend-in məlumatına görə, səfər çərçivəsində Novruz Məmmədov bir sıra universitetlərin alimlərilə və "Turkish Policy Quarterly" jurnalının baş redaktoru Diba Nigar Göksellə görüşüb.

Görüşdə "Azərbaycanın Xarici siyasəti: hazırkı vəziyyət və gələcəyə baxış" mövzusu müzakirə olunub.

Daha sonra Novruz Məmmədov "Kanal 24" televiziya kanalında baş koordinator Murat Çiçeyin proqramının qonağı olub, ölkəmizin xarici siyasəti, sosial-iqtisadi inkişafı və Azərbaycanın son illərdə olan sürətli inkişafı ilə bağlı çox saylı suallara aydınlıq gətirib.

Günün sonunda Novruz Məmmədov Türkiyə Mediasından "Star Medya Qrup" Müdiri Mustafa Karaalioğlu, "Hürriyet" Qəzeti Xarici Xəbərlər koordinatoru Sedat Ergin, "Akşam" Genel Yayın Yönetmeni Mehmet Ocaktan, "Show Haber" koordinatoru Erhan Çelik, "TRT Haber" Genel Yayın Yönetmeni Nasuhi Güngör, "Radikal" Qəzetitnin müəllifi Avni Özgürel, "Türkiye" Qəzeti Genel Yayın Yönetmeni Nuh Albayrak, "Turkish Daily New" Xarici Xəbərlət Müdiri Selim Akan, "Hürriyet" İqsisadiyyat xəbərləri müəllifi Vahap Munyar, "Habertürk" Televiziyası baş direktoru Oğuz Usluer, "Zaman" Qəzeti Genel Yayın Yönetmen Yardımcısı Mehmet Kamiş, "Today's Zaman" Genel Yayın Yönetmeni Bülent Keneş və "Bugün" Qəzeti Xarici xəbərlər müdiri Emrah Ülker ilə görüşüb.

Xoş və səmimi şəraitdə keçən görüş zamanı "Türkiyə - Azərbaycan münasibətləri", "Son 10 ildə Türkiyə və Azərbaycanın iqtisadi və siyasi inkişafı: perspektivlər və problemlər", "Türkiyə mətbuatında Azərbaycan haqqında xəbərlər", "Türkiyə və Azərbaycan mətbuatının əməkdaşlığı", "Türk jurnalistlərinin Azərbaycanın xarici və daxili siyasəti haqda məlumatlandırılması" kimi mövzular müzakirə olunub.

Qeyd edək ki, görüşlərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov da iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti