...

VVAQ xidmətlərinin ödənişi MilliÖN ödəmə kiosklarında mümkün oldu

Cəmiyyət Materials 23 Sentyabr 2013 17:20 (UTC +04:00)
“Komtec LTD” MMC MilliÖN terminallarında VVAQ xidmətləri barədə məlumatın alınmasını və dövlət rüsumlarının ödənilməsini reallaşdırdı.
VVAQ xidmətlərinin ödənişi MilliÖN ödəmə kiosklarında mümkün oldu

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

"Komtec LTD" MMC MilliÖN terminallarında VVAQ xidmətləri barədə məlumatın alınmasını və dövlət rüsumlarının ödənilməsini reallaşdırdı.

Bu xidmət Bakı şəhərində qeydiyyat orqanlarının yalnız 12 filialında mümkündür. Məlumat və ödəmələr üçün "Qeydiyyat orqanı" düyməsinə basmaq gərəkdir. Sonra müvafiq xidməti seçərək məbləği daxil edib qəbzi götürə bilərsiniz. Bu yenilik, həmçinin vətəndaşlara terminallar vasitəsilə şəhadətnamələrin alınması üçün lazım olan sənəd və arayışlar, tarixlər, prosedurlar barədə və digər faydalı məlumatları almağa kömək edəcək.

VVAQ xidmətinə növbəti sənədləşdirmələr və sənədlərin verilməsi daxildir:

Doğumun qeydə alınması
Nikahın qeydə alınması
Nikahın pozulmasının qeydə alınması
Övladlığagötürmənin qeydə alınması
Atalığın müəyyən edilməsinin qeydə alınması
Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması
Ölümün qeydə alınması
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələrin verilməsi
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında şəhadətnamələrin dəyişdirilməsi

Ödənişli rüsumların ödənilməsinin komissiyası 1 AZN-dir. Məbləğin köçürülməsi real rejimdə aparılır.

MilliÖN şəbəkəsi Azərbaycan üzrə beş mindən çox ödəmə nöqtəsindən ibarətdir. Terminalların sayı isə min üç yüzdən çoxdur. MilliÖN ödəmə sistemində hazırda 55-dən çox kütləvi xidmət müəssisəsi fəaliyyət göstərir və bunların arasına mobil rabitə, kabel televiziyası, internet-provayderlər, kommunal müəssisələr, aparıcı banklar və qeyri-bank təşkilatları daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti