...

Azərbaycanda Təhsilin İnkişaf Fondu yaradılacaq

Cəmiyyət Materials 26 Sentyabr 2013 17:39 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi Təhsilin İnkişaf Fondu yaratmağı nəzərdə tutur. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Amerika-Azərbaycan Ticarət Palatasının (AMCHAM) təşkilatçılığı ilə keçirilən işgüzar görüşdə çıxışı zamanı bildirib.
Azərbaycanda Təhsilin İnkişaf Fondu yaradılacaq

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi Təhsilin İnkişaf Fondu yaratmağı nəzərdə tutur. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Amerika-Azərbaycan Ticarət Palatasının (AMCHAM) təşkilatçılığı ilə keçirilən işgüzar görüşdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, fond Azərbaycan və beynəlxalq səviyyədə çalışacaq.

Nazirliyin fondun yaradılması məsələsi üzərində işləyəcəyini deyən M.Cabbarov qeyd edib ki, təhsildə informasiya texnologiyalarının tətbiqi geniş imkanlar yaradır.

Nazir bildirib ki, Azərbaycanda 1695 məktəb yüksəksürətli internetə qoşulub: "Təhsildə informasiya texnologiyalarının tətbiqi geniş imkanlar yaradır. Lakin bu sahədə müəyyən nöqsanlar da var. Belə ki, bütün məktəblərdə kompüterlər var, amma internetə qoşulmayıblar. Onların hər birinin internetə qoşulması təmin edilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti