...

Azərbaycan yazıçıları İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyirlər

Cəmiyyət Materials 30 Sentyabr 2013 17:37 (UTC +04:00)
Azərbaycan Yazıçılar Birliyinin Katibliyinin geniş iclasında ölkəmizdə prezident seçkiləri ilə bağlı məsələlər müzakirə edilib.
Azərbaycan yazıçıları İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyirlər

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Bu gün Azərbaycan Yazıçılar Birliyinin Katibliyinin geniş iclasında ölkəmizdə prezident seçkiləri ilə bağlı məsələlər müzakirə edilib.

Trend-in məlumatına görə, seçkilərin tam demokratik şəraitdə, şəffaflıqla keçiriləcəyinə ümid edən toplantı iştirakçıları siyasi debatların sivil şəkildə, etik çərçivələrdə keçirilməsinin vacibliyini vurğulayıblar.

İştirakçıların ümumi rəyincə prezidentliyə namizədlər bir-birinə düşmən gözü ilə deyil, siyasi opponent kimi baxmalıdırlar. Siyasi müzakirələr və mübahisələr cəmiyyətdə amansız qarşıdurmaya səbəb olmamalıdır. "Azərbaycan payızı" heç vəchlə "ərəb baharı"na çevrilə bilməz.

İştirakçılar yekdilliklə seçkilərdə Prezident İlham Əliyevi dəstəklədiklərini bildiriblər. Başqa seçicilərlə yanaşı, ədəbi ictimaiyyətin nümayəndələrini də İlham Əliyevə səs verməyə çağırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti