...

Elşad İskəndərov: Məktəblərdə dini maarifləndirmənin aparılması işi könüllü əsasda olmalıdır

Cəmiyyət Materials 2 Oktyabr 2013 12:56 (UTC +04:00)
Orta məktəblərdə dini dərslər məcburi şəkildə keçirilə bilməz. Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov jurnalistlərə açıqlamasında bildirib.
Elşad İskəndərov: Məktəblərdə dini maarifləndirmənin aparılması işi könüllü əsasda olmalıdır

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir İ.İzzət/

Orta məktəblərdə dini dərslər məcburi şəkildə keçirilə bilməz. Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov jurnalistlərə açıqlamasında bildirib.

Orta məktəblərdə dərsliklərdə istər islam dininin əsasları, istərsə də müxtəlif dinlərin tarixləri ilə bağlı bilgilər verilir. Bununla əlaqədar, həm "Həyat bilgisi" fənni, həm də fakültətiv səviyyəli dəsrlər keçirilir: "Məktəblərdə dini maarifləndirmənin aparılması işi könüllü əsasda olmalıdır. Burada hər hansı məcburi dərsdən söhbət gedə bilməz. Valideynlərin və şagidlərin razılığı olduğu təqdirdə dini dərslərin fakültətiv şəkildə həyata keçiriməsi istiqamətində proqramlar var. Bu məsələdə dini icmalar da fəal olmalıdırlar. Çünki din haqqında düzgün bilgilərin verilməsi, maarifləndirmə işi, ilk növbədə onların funksiyalarıdır. Dövlət Komitəsi bu istiqamətdə milli-mənəvi dəyərlərimiz çərçivəsində hər hansı maarifləndirmə işinə hər zaman dəstək verir."

Komitə sədri əlavə edib ki, bununla əlaqədar İslam Konfransı Gənclər Forumunun da ayrıca proqramı var. Bu yaxınlarda onlar məktəb müəllimləri üçün təlimlərin keçirilməsini nəzərdə tutublar.

Bundan əlavə, müxtəlif dini icmaların nümayəndələri üçün birgə təlimlərin təşkil edilməsi nəzərdə tutulub: "Təlimlər üç istiqamətdə həyata keçiriləcək. Bunlar din sahəsində maarifləndirmə, natiqlik qabiliyyəti və radikal dini düşüncələrlə mübarizə istiqamətləridir. Hər təlim 10 gün davam edəcək və hər birində 20-dək din xadimi iştirak edəcək. Təlimlər Bakı ilə yanaşı respublikanın digər iki bölgəsində baş tutacaq."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti