...

Qala qəsəbəsində veloyürüş keçirilib (FOTO)

Cəmiyyət Materials 14 Oktyabr 2013 11:41 (UTC +04:00)
Oktyabrın 13-də Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən gənclər arasında veloyürüş təşkil olunub.
Qala qəsəbəsində veloyürüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Oktyabrın 13-də Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Təmiz Şəhər" ASC tərəfindən gənclər arasında veloyürüş təşkil olunub.

50-yə yaxın gəncin qatıldığı aksiya 2 mərhələdən ibarət idi. Birinci mərhələ çərçivəsində Qala Tarixi-Etnoqrafiya Muzeyi qarşısından start götürən və qəsəbə ərazisində təyin edilmiş marşrut üzrə davam edən veloyürüşə gənclər çox böyük maraqla qatıldı, həm əylənib, həm də sağlam həyat tərzinin təbliğatçıları qismində çıxış etdilər. Veloyürüş bitdikdən sonra isə açıq havada iştirakçılar üçün "piknik" təşkil edilərək, çöl şəraitində sağlam qidalanma ilə bağlı təlim keçirildi. "Piknik" zamanı gənclər aralarında ünsiyyət yaradaraq ətraf mühitin təmiz saxlanılmasına, ekologiyaya qayğı ilə yanaşmaya və tullantıların idarəedilməsi sahəsinə aid müzakirələr apardılar dair söhbətlər apardılar. "Piknik" bitdikdən sonra isə gənclər ərazini təmizlədilər.

Aksiyanın keçirilməsdə əsas məqsəd ölkəmizin gələcək vətəndaşları olan gənclərin diqqətini tullantıların idarəedilməsi sahəsinə bir daha yönəltmək, eləcə də sağlam həyat tərzini təbliğ etmək, insanları ekologiyaya vurulan ziyanın mümkün qədər minimallaşdırılmasına çağırmaq, eyni zamanda gənclərdə həm ekoloji, həm də "piknik" mədəniyyətini inkişaf etdirməkdir.

Qeyd edək ki, veloyürüş Qala qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Təmiz Şəhər" ASC tərəfindən həyata keçirilən "Təmiz Qala" pilot layihəsi çərçivəsində həyata keçirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti