...

Orxan Zeynalovun vəkili apellyasiya şikayəti verib

Cəmiyyət Materials 21 Oktyabr 2013 12:36 (UTC +04:00)
Moskvanın Biryulevo rayonunda Yeqor Şerbakovun qətlində təqsirləndirilən Azərbaycan vətəndaşı Orxan Zeynalovun müdafiəçisi onun həbsindən apellyasiya şikayəti verib.
Orxan Zeynalovun vəkili apellyasiya şikayəti verib

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Moskvanın Biryulevo rayonunda Yeqor Şerbakovun qətlində təqsirləndirilən Azərbaycan vətəndaşı Orxan Zeynalovun müdafiəçisi onun həbsindən apellyasiya şikayəti verib. Trend-in məlumatına görə, bu barədə "İnterfaks"a vəkil Viktor Anikuşkin məlumat verib.

Öncə Moskvanın Presnenski məhkəməsi şübhəli şəxs olan Zeynalovun dekabrın 10-na qədər həbsi barədə qərar qəbul edib. İstintaq aparılan zaman şübhəli şəxs günahkar olmadığını bildirib. Daha sonra Azərbaycan vətəndaşına qətllə bağlı ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti