...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühiti çirkləndirənləri 4 milyon manatdan çox cərimələyib

Cəmiyyət Materials 22 Oktyabr 2013 12:02 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 ay ərzində ətraf mühiti çirkləndirənlərə qarşı 2113 akt və 519 protokol tərtib edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühiti çirkləndirənləri 4 milyon manatdan çox cərimələyib

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi doqquz ay ərzində ətraf mühiti çirkləndirənlərə qarşı 2113 akt və 519 protokol tərtib edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu ilin 9 ayı ərzində aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən icrası məcburi olan 924 müddətli məcburi göstəriş verilib.

Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 571 iş üzrə 4 389 265 manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 378 iş üzrə 2 834859.72 manat məbləğində iddia qaldırılıb.

Ətraf mühitə (torpaq, su, atmosfer) tullantıların atılmasına və axıdılmasına görə idarə və müəssisələrə 4622 iş üzrə 1001890.08 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 200 işdən 26-na, icra qruplarına göndərilmiş 302 işdən 191-nə, məhkəmələrə göndərilmiş 120 işdən 49-na baxılaraq müvafiq tədbirlər görülüb. İcra qruplarına göndərilmiş 5 iş rədd edilib.

Ümumilikdə Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fonduna 2 934 178,38 manat vəsaitin köçürülməsi təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti