...

Respublika Seysmoloji Xidmət Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurası yaradılıb

Cəmiyyət Materials 7 Noyabr 2013 14:42 (UTC +04:00)
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurası yaradılıb.
Respublika Seysmoloji Xidmət Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurası yaradılıb

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir İ.İsabalayeva/

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurası yaradılıb. Trend Mərkəzin saytına istindən xəbər verir ki, səsvermə nəticəsində 11 nəfər şura üzvü seçilib.

Şuranın təsis yığıncağında çıxış edən RSXM-nin direktoru Qurban Yetirmişli bildirib ki, bu il mərkəz tərəfindən quraşdırılan 4 telemetrik stansiya artıq fəaliyyətə başlayıb. Bununla da RSXM-nin telemetrik seysmik stansiyalarının sayı 35-ə çatıb.

Bundan başqa, respublika ərazisində 22 GPS stansiya quraşdırılıb.

Q.Yetirmişli bildirib ki, yeni stansiyaların açılmasında əsas məqsəd aparılan elmi tədqiqatların keyfiyyətinin daha da yaxşılaşdırılmasıdır. Onun sözlərinə görə, mərkəzdə kadr potensialının gücləndirilməsi də diqqət yetirilən əsas məsələlərdəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti