Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda uşaqların 52 faizə yaxını şəhər mühitində yaşayır. Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva jurnalistlərə bildirib.
Şəhər əhalisinin sayının çox olmasının müəyyən problemlər yaratdığını deyən A.Sofiyeva qeyd edib ki, uşaqların urbanizasiyasının müsbət tərəfləri ilə yanaşı, mənfi cəhətləri də var: "Əsas mənfi amil psixoloji problemlərin yaranması, uşaqların sosial xidmətlərə əlçatmazlığıdır: "Bu istiqamətdə tədbirlərin görülməsi vacibdir. Azərbaycanda uğurlu uşaq siyasətinin həyata keçirilməsində bu məsələlər daim diqqət mərkəzində saxlanılır".