...

AzMİU-nun rektoru birinci kurs tələbələri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 11 Noyabr 2013 13:32 (UTC +04:00)
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, millət vəkili, professor Gülçöhrə Məmmədova universitetə bu il daxil olan tələbələrlə görüşüb.
AzMİU-nun rektoru birinci kurs tələbələri ilə görüşüb  (FOTO)

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, millət vəkili, professor Gülçöhrə Məmmədova universitetə bu il daxil olan tələbələrlə görüşüb.

Universitetdən Trend-ə verilən məlumata görə, birinci kurslarla tanışlıq xarakteri daşıyan görüşlər, rektor tərəfindən hər il ənənəvi olaraq keçirilir. Görüşlərdə rektor, gənc nəslin təlim-tərbiyyəsində, elm və təhsilində, mütəxəssislərin hazırlanmasında xüsusi rol oynayan universitetin bu gün təhsil ocaqları içərisində seçildiyini söyləyib.

Tanışlıq xarakteri daşıyan görüşlərdə tələbələr qarşısında çıxış edən rektor, universitetin imkanlarından və təhsilin səviyyəsindən danışıb.

Tələbə-müəllim münasibətlərinə toxunan rektor, AzMİU-da tərbiyyə, təlim məsələlərinin xüsulilə önə çəkildiyini bildirib, tələbələri maraqlandıran bütün sualları geniş və ətraflı cavablandırıb. Tələbələrin ayrı-ayrılıqda şikayət və təklifləri dinlənilib. Görüşlərdə yeni tələbə adını qazanmış tələbələrlə yanaşı, hər bir fakültənin dekanı, eyni zamanda tanınmış ictimai təşkilatlardan nümayəndələr iştirak edib.

Görüşlərdə AzMİU-nun beynəlxalq əlaqələri tələbələrin diqqətinə çatdırılıb. Avropa birliyi universitetləri ilə digər ölkələrin universitetləri arasında mübadilə və əməkdaşlıq əlaqələrini artıraraq, dialoq və mədəni əlaqələrin inkişaf etdirilməsini hədəfləyən təhsil və tədqiqat proqramları barədə məlumat verilib.

Belə görüşlər artıq iki fakültədə - 97 nəfər tələbəsi olan Texnologiya fakültəsi və 120 tələbəsi olan MİT (Müasir informasiya texnologiyaları) fakültəsində keçirilib.

Təhsil ilinin sonuna qədər birinci kurslarla bu cür görüşlər keçiriləcək.

Qeyd edək ki, 2013-2014-cü tədris ilində AzMİU-ya 1180 tələbə qəbul olunub ki, bunların 468 nəfəri dövlət sifarişli yerlərdə, 712 nəfəri isə ödənişli əsaslarla təhsil alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti