...

AMEA 8 gənc alimin namizədliyini "Gənclər üçün Prezident Mükafatı"na irəli sürəcək

Cəmiyyət Materials 20 Noyabr 2013 17:47 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 8 gənc alimin namizədliyini "Gənclər üçün Prezident Mükafatı"na irəli sürəcək. Bu barədə qərar noyabrın 20-də AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub.
AMEA 8 gənc alimin namizədliyini "Gənclər üçün Prezident Mükafatı"na irəli sürəcək

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 8 gənc alimin namizədliyini "Gənclər üçün Prezident Mükafatı"na irəli sürəcək. Bu barədə qərar noyabrın 20-də AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub.

Akademiyadan Trend-ə verilən məlumata görə, namizədlər AMEA-nın Riyaziyyat və Mexanika, Fizika, Geologiya, Botanika və Ədəbiyyat institutlarının, həmçinin Azərbaycan Tibb Universitetinin elmi nəticələri ilə fərqlənən gəncləridir.

İclasda AMEA-nın akademik katibi, müxbir üzvü Rasim Əliquliyev xatırladıb ki, "Gənclər üçün Prezident Mükafatı" ölkə başçısı İlham Əliyevin 2 iyul 2013-cü il tarixli fərmanı ilə təsis olunub. Mükafat 10 min manat, diplom, mükafatın nişanı və vəsiqəsindən ibarətdir. Namizədlər müvafiq ekspert komissiyasına təqdim olunmuş 24 nəfər arasından seçilib və Rəyasət Heyətinə təklif edilib.

R.Əliquliyev Akademiyanın mükafata layiq bildiyi gənc alimlərin siyahısının dekabrın 1-dək Azərbaycan Gənclər və İdman Nazirliyinə təqdim ediləcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti