...

Dövlət Komitəsi: Azərbaycanda uşaqların küçə həyatı sürməsinə səbəb olan əsas amillər daha çox valideynlərin məsuliyyətsizliyindən yaranır

Cəmiyyət Materials 28 Noyabr 2013 16:07 (UTC +04:00)
Azərbaycanda uşaqların küçə həyatı sürməsinə gətirib çıxaran əsas amillər daha çox valideynlərin məsuliyyətsizliyi səbəbindən, təhsildən yayınma hallarının nəticəsi olaraq meydana çıxır.
Dövlət Komitəsi: Azərbaycanda uşaqların küçə həyatı sürməsinə səbəb olan əsas amillər daha çox valideynlərin məsuliyyətsizliyindən yaranır

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda uşaqların küçə həyatı sürməsinə gətirib çıxaran əsas amillər daha çox valideynlərin məsuliyyətsizliyi səbəbindən, təhsildən yayınma hallarının nəticəsi olaraq meydana çıxır. Bu barədə Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildiriblər.

Komitədən deyiblər ki, bir çox hallarda valideyn uşağı təkbaşına tərbiyə etdikdə, eyni zamanda, işlədikdə uşağa nəzarət etməkdə çətinlik çəkir. Bu zaman məktəbin uşağın təhsilinə və davamiyyətinə nəzarətinin gücləndirilməsi məsələsi ortaya qoyulmalıdır. Eyni zamanda, valideynlik məsuliyyətinin gücləndirilməsi üçün həm valideynlər arasında maarifləndirmə tədbirlərinin aparılmasına, həm də qanunvericiliyin gücləndirilməsinə ehtiyac var.

Komitədən qeyd ediblər ki, küçə həyatı sürən yeniyetmələrin aşkar olunması və onların ailələri ilə profilaktik işlərin aparılması məqsədilə Dövlət Komitəsi daxili işlər orqanları ilə birgə əməkdaşlıq həyata keçirir. 2012-ci ildə bu məqsədlə 100-dən artıq müşahidə, reyd və monitorinqlər keçirilib, küçə həyatı sürən, küçələrdə işləyən və qeyri-qanuni əməklə məşğul olan 41 nəfər aşkar olunub. Onların 14-ü uşaq evi və sosial sığınacaqlarda, 8-i xüsusi məktəblərdə yerləşdirilib, digərlərinin mövcud problemlərinin həlli ilə əlaqədar təhsil, səhiyyə və uşaq komissiyalarına 28 material göndərilib, həmin şəxslərə və valideynlərinə zəruri köməklik göstərilməsi üçün aidiyyəti təşkilatlar qarşısında vəsatətlər qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti