...

Nizami rayonunda fiziki qüsurlu uşaqlar üçün bayram şənliyi təşkil olunub (FOTO)

Cəmiyyət Materials 24 Dekabr 2013 19:05 (UTC +04:00)
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının Gənclər Birliyi bu ilin may ayının 3-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə açılışı olmuş fiziki qüsurlu uşaqlara təmənnasız yardım göstərən bağça tipli “Qayğı” reabilitasiya mərkəzində bayram şənliyi təşkil edib.
Nizami rayonunda fiziki qüsurlu uşaqlar üçün bayram şənliyi təşkil olunub (FOTO)

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının Gənclər Birliyi bu ilin may ayının 3-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə açılışı olmuş fiziki qüsurlu uşaqlara təmənnasız yardım göstərən bağça tipli "Qayğı" reabilitasiya mərkəzində bayram şənliyi təşkil edib.

Şənlikdə çıxış edərək balacaları təbrik edən YAP Nizami rayon təşkilatının Gənclər Birliyinin İdarə Heyətinin üzvü Sevinc Abdullayeva deyib ki, bu gün 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə cəmiyyətimizin sabahı olan uşaqlarımız üçün bayram şənliyi keçiririk: "Bu gün, həmçinin hər zaman Azərbaycan gəncliyi üçün bir örnək olan, ölkəmizin sürətli inkişafını təmin edən cənab Prezident İlham Əliyevin doğum günüdür. Hər il özünün ad gününü xalqın arasında keçirən Prezident İlham Əliyev bütün fəaliyyəti və əməlləri ilə biz gənclərə yol göstərir, humanist addımların atılmasına stimul verir".

S.Abdullayeva bildirib ki, cəmiyyətimizdə humanizmin, xeyriyyəçiliyin inkişafında, kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğının göstərilməsində Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti gənclərə nümunədir: "Odur ki, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının Gənclər Birliyi olaraq, biz bu cür addımlardan həvəslənərək və nümunə götürərək bugünkü bayram şənliyini təşkil edirik. Əlbəttə ki, bayram şənliyini keçirdiyimiz bu məkanın da elə Mehriban xanım Əliyevanın iştirakı ilə açılışı olub.
Biz bir daha dövlətimizin başçısı cənab İlham Əliyevə, onun xanımı Mehriban Əliyevaya öz minnətdarlığımızı bildiririk ki, bu cür sabit və dinamik inkişaf edən ölkəmizdə övladlarımızı aydın səma altında yetişdiririk, böyüdürük. Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının Gənclər Birliyi adından qeyd edirik ki, bundan sonra da dövlətçiliyimizə, ulu öndərin siyasi kursuna və cəmiyyətimizdə bərqərar olmuş humanizm prinsiplərinə sadiqliyimizi nümayiş etdirəcəyik".

Sonra Nizami Rayon Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin kollektivinin rəqs nümunələri nümayiş etdirilib. Mərkəzdə reabilitasiya keçən balacalar üçün ən xoş təsir bağışlayan hissə isə Şaxta baba ilə Qar qızın təbrikləri və rəqsləri olub.

Şənliyin sonunda uşaqlara hədiyyələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti