Azərbaycan, Bakı, 28 dekabr /Trend/
Bakının Atatürk prospekti, 47 ünvanında tikilən uzunluğu 86 m, eni 3 m, yerdən hündürlüyü 6,5 m-ə yaxın olan piyada keçidində son tamamlanma işləri gedir.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, keçidin dayaqları, qapalı hissəsi tikilib, eskalatorlar quraşdırılıb.
3 giriş-çıxışdan ibarət olacaq keçiddə hazırda şüşə hissəsinin montajı, döşəmə və divarların üzlənməsi işləri gedir.
2014-cü ildə yekunlaşması gözlənilən keçiddə izləyici kameralar, muasir işıqlandırma sistemi və müşahidə otağı nəzərdə tutulub.