...

Gəncədə taksilər üçün xüsusi dayanacaqlar olacaq

Cəmiyyət Materials 9 Yanvar 2014 19:15 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Gəncədə nəqliyyat xidmətinin daha da yaxşılaşdırılması ilə bağlı yeniliyə imza atılacaq. Şəhərdə taksi fəaliyyəti ilə məşğul olanlar üçün xüsusi dayanacaqlar düzəldiləcək.
Gəncədə taksilər üçün xüsusi dayanacaqlar olacaq

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

Gəncə şəhərində taksilər üçün xüsusi dayanacaqlar düzəldiləcək.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Gəncədə nəqliyyat xidmətinin daha da yaxşılaşdırılması ilə bağlı yeniliyə imza atılacaq. Şəhərdə taksi fəaliyyəti ilə məşğul olanlar üçün xüsusi dayanacaqlar düzəldiləcək.

Gəncədə taksilərin istənilən yerdə dayandığı danılmaz bir faktdır. Bu isə şübhəsiz ki, bir sıra problemlər yaradır. Tıxacların yaranması, digər sərnişin daşıyan nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin məhdudlaşması bu problemlərə daxildir. Bunu nəzərə alan Nəqliyyat Nazirliyinin Dövlət Avtomobili Xidmətinin Gəncə Regional şöbəsi taksilərə xüsusi dayanacaqlar üçün yerlər ayırıb.

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobili Xidmətinin Gəncə Regional şöbəsinin aparıcı məsləhətçisi İsa Quliyev bildirib: "Tərəfimizdən iyirimi iki taksi dayanacağının düzəldilməsi nəzərdə tutulub. Şəhər İcra Hakimiyyəti ilə taksilərin dayanacaqları və onların nişanlarının hazırlanması razılaşdırılıb. Bu ayın sonuna kimi işlərin başlanmasına start veriləcək. Hələlik şəhərin mərkəzi yerlərində - Univermağın, Mərkəzi bazarın yanında, universitetlərin, yarmarkaların qarşısında birinci mərhələdə taksi dayanacaqlarının quraşdırılması həyata keçiriləcək".

Taksi sürücüləri xüsusi dayanacaqların olmasının onların işini daha da asanlaşdıracağını bildirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti