...

DSMF sədri Qubada məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları üçün qəbul keçirəcək

Cəmiyyət Materials 10 Yanvar 2014 11:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev 22 yanvar 2014-cü il tarixdə, saat 11:00-da Fondun Quba rayon şöbəsinin inzibati binasında bu rayondan, eləcə də Qusar, Şabran, Siyəzən, Xaçmaz rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları üçün qəbul keçirəcəkdir.

DSMF-dən Trend-ə verilən məlumata görə, vətəndaşlar qəbula yazılmaq və əlavə məlumat almaq üçün [email protected] elektron poçt ünvanı, habelə aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər: Fondun Aparatında (012) 434-12-34, Quba rayon şöbəsində (023) 335 - 26 - 15, Qusar rayon şöbəsində (023) 385-40-94, Şabran rayon şöbəsində (023) 353 -39- 48, Siyəzən rayon şöbəsində (023) 304 - 09- 04, Xaçmaz rayon şöbəsində (023) 325-05-25.

Qəbulda iştirak edəcək vətəndaşların Fondun həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF Quba rayon şöbəsinə aparılıb gətirilmələri təmin ediləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti