...

Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinə sədr və müavinlər seçilib

Cəmiyyət Materials 21 Yanvar 2014 17:38 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni yaradılan Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) İdarə Heyətinə sədr və müavinlər seçilib.
Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinə sədr və müavinlər seçilib

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni yaradılan Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) İdarə Heyətinə sədr və müavinlər seçilib.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Rəyasət Heyətinin 17 oktyabr 2013-cü il tarixli qərarı ilə Akademiyanın 42 elmi müəssisə və təşkilatında bu adda şuralar yaradılıb. Bu qurumlar institutlarda yaradıldıqdan sonra AMEA-nın bütün gənclərini özündə birləşdirən GAMŞ təsis edilib. Şuraya bilik və bacarığı ilə fərqlənən fəal gənclərdən ibarət 52 üzv seçilib. Məqsəd gənclərin fəaliyyətini stimullaşdırmaq, elmi potensialını artırmaq, tədqiqat imkanlarını genişləndirmək, təşəbbüs və təkliflərini qiymətləndirməkdir.

Şuraya üzv olan 19 nəfər AMEA prezidenti Akif Əlizadə ilə keçirilən görüşdə GAMŞ-nin idarə heyətinə üzv seçiliblər. Radiasiya Problemləri İnstitutu GAMŞ-nin sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov sədr təyin olunub. Onun müavinləri isə Riyaziyyat və Mexanika İnstitutu GAMŞ-nin sədri, riyaziyyat üzrə fəlsəfə doktoru Famil Seyfullayev və Nizami adına Ədəbiyyat İnstitutu GAMŞ-nin sədri, filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayeva seçiliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti