...

Daxili İşlər Nazirliyinin İdarə rəisi vəzifəsindən azad edilib

Cəmiyyət Materials 29 Yanvar 2014 18:24 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinin rəisi Qomboy Zeynalov vəzifəsindən azad edilib.
Daxili İşlər Nazirliyinin İdarə rəisi vəzifəsindən azad edilib

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İ.İzzət/

Daxili İşlər Nazirliyinin (DİN) Təchizat İdarəsinin rəisi Qomboy Zeynalov vəzifəsindən azad edilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Q.Zeynalov yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Təchizat idarənin rəisi vəzifəsini icra etmək Əkbər Ələkbərliyə həvalə edilib.

Qeyd edək ki, yanvarın 25-də DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Cavad Şıxəliyev təqaüdə göndərilib. Buna səbəb idarə rəisinin daxili işlər orqanlarında xidmət keçmə müddətinin başa çatması olub. C.Şıxəliyevin 60 yaşı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti