...

Azərbaycanda arxeoloji abidələr informasiya-kommunikasiya texnologiyaları vasitəsilə qeydə alınacaq

Cəmiyyət Materials 12 Fevral 2014 13:18 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunda ölkə ərazisində tədqiq olunan və gələcəkdə tədqiq olunacaq arxeoloji abidələr informasiya-kommunikasiya texnologiyaları vasitəsilə qeydə alınacaq.
Azərbaycanda arxeoloji abidələr informasiya-kommunikasiya texnologiyaları vasitəsilə qeydə alınacaq

Azərbaycan, Bakı, 12 fevral/Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunda ölkə ərazisində tədqiq olunan və gələcəkdə tədqiq olunacaq arxeoloji abidələr informasiya-kommunikasiya texnologiyaları vasitəsilə qeydə alınacaq.

İnstitutdan Trend-ə verilən məlumata görə, institutun Arxeologiyada informasiya texnologiyalarının tədbiqi sektoru arxeoloji abidələrin inventarlaşdırılması, sərhədlərinin müəyyən edilməsi, pasportlaşdırılması və xəritələrin hazırlanması işini həyata keçirəcək. Arxeoloji tədqiqatlarda aparılan bu işlər zamanı ilk dəfə Coğrafi İnformasiya Sistemindən istifadə ediləcək.

Azərbaycanın arxeoloji abidələrin elektron xəritəsinin və maddi-mədəni nümunələrinin pasportunun yaradılması respublika ərazisindəki arxeoloji abidələrin ən müasir üsullarla mühafizəsi işinin və xüsusilə də onların elmi araşdırılmasının təkmilləşdirilməsinə xidmət edəcək.

Arxeoloji atlasın yaradılması Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 27 dekabr tarixli "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı" na dair sərəncamında da öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti