...

Bakıda istehlakçıları aldadan qadın barəsində müvafiq tədbirlər görülür

Cəmiyyət Materials 17 Fevral 2014 18:24 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev, ev 50, mənzil 11 ünvanında fiziki şəxs Cəvriyyə Babayevaya məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyən edilib.
Bakıda istehlakçıları aldadan qadın barəsində müvafiq tədbirlər görülür

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev, ev 50, mənzil 11 ünvanında fiziki şəxs Cəvriyyə Babayevaya məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyən edilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mağazanın pəncərəsində "50% endirim" məzmunlu reklam yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, malların üzərində endirimin tətbiqi barədə heç bir məlumatın (qiymətin) qeyd olunmadığı, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı aşkar edilib.

Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamın yayımı dayandırılıb.

Qanun pozuntusuna yol vermiş fiziki şəxs Babayeva Cəvriyyə Vaqif qızı barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti