...

"Xocalıya ədalət" kampaniyası çərçivəsində Finlandiya parlamenti qarşısında mitinq keçirilib

Cəmiyyət Materials 24 Fevral 2014 18:07 (UTC +04:00)
Finlandiyada fəaliyyət göstərən “Dostluq” Cəmiyyəti bu ölkənin parlamenti qarşısında “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş mitinq təşkil edib.
"Xocalıya ədalət" kampaniyası çərçivəsində Finlandiya parlamenti qarşısında mitinq keçirilib

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Finlandiyada fəaliyyət göstərən "Dostluq" Cəmiyyəti bu ölkənin parlamenti qarşısında "Xocalıya ədalət" kampaniyası çərçivəsində Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş mitinq təşkil edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, aksiya iştirakçıları əllərində "Xocalıya ədalət" yazılmış plakatlar və Türkiyə, Azərbaycan bayraqları tutublar.

"Dostluq" Cəmiyyətinin sədri Təranə Nəzərova mitinqdə çıxış edərək Xocalı soyqırımının ermənilərin insanlıq əleyhinə törətdiyi ən dəhşətli cinayət olduğunu bildirib. Daha sonra Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla yad edilib.

Mitinqdə Azərbaycan və Türkiyə diaspor təşkilatların üzvləri, azərbaycanlı tələbələr, eləcə də Finlandiya ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbir zamanı Xocalı soyqırımı ilə bağlı videomateriallarla birgə imzalanmış petisiya Finlandiya Xarici İşlər Nazirliyinə və Finlandiya parlamentinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti