...

Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutunun 4 filialında oxuyan tələbələrin təhsili ilə bağlı məlumatlara aydınlıq gətirib

Cəmiyyət Materials 26 Fevral 2014 13:26 (UTC +04:00)
Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutunun Gəncə, Sumqayıt, Mingəçevir və Salyan filiallarında oxuyan tələbələrin təhsilini bu məktəblərdə davam etdirib-etdirməyəcəyi ilə bağlı məlumatlara aydınlıq gətirib.
Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutunun 4 filialında oxuyan tələbələrin təhsili ilə bağlı məlumatlara aydınlıq gətirib

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutunun Gəncə, Sumqayıt, Mingəçevir və Salyan filiallarında oxuyan tələbələrin təhsilini bu məktəblərdə davam etdirib-etdirməyəcəyi ilə bağlı məlumatlara aydınlıq gətirib.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsində izləyicilərin sualları cavablandırılarkən bildirilib ki, həmin filiallara 2014-2015-ci tədris ili üçün tələbə qəbulu planlaşdırılmayıb. Ancaq buna baxmayaraq, bu filiallarda hazırda təhsil alan tələbələr təhsilini sonadək davam etdirəcəklər.

AMİ-nin tələbə qəbulu dayandırılmış filiallarında təhsil alan, alt qruplardan kəsri qalan tələbələr üçün həmin filiallarda akademik borclar olan fənnlər üzrə dərslər də təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti