Azərbaycan, Bakı, 1 mart /Trend/
Martın 1-də Təhsil Nazirliyi tərəfindən məktəblilərin Şamaxı Astrofizika Rəsədxanasına ekskursiyası təşkil olunub.
Trend nazirliyin saytına istinadən xəbər verir ki, tədbirdə Şamaxı rayonunun Avaxıl, Nağaraxana kənd və Y.Məmmədəliyev qəsəbə tam orta məktəblərinin VIII-XI sinif şagirdlərindən ibarət 50 nəfərlik qrup iştirak edib.
Ekskursiyanın əsas məqsədi şagirdlərdə təhsilə, elmə olan marağı daha da artırmaq, onların müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına və təfəkkürünün inkişafına təkan vermək, əldə edilmiş təcrübənin dərs zamanı tətbiqinə zəmin yaratmaqdır.
Müvafiq istiqamətdə təlimin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edən ekskursiya, eyni zamanda, məktəblilərin potensial imkanlarının üzə çıxarılmasına xidmət edir.