...

Azərbaycanda Dərslikləri Qiymətləndirmə Şurasına üzv olmaq istəyənlər üçün ərizə qəbuluna başlanılıb

Cəmiyyət Materials 3 Mart 2014 17:40 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi Dərslikləri Qiymətləndirmə Şurasının üzvlüyünə seçilmək üçün ərizə qəbuluna başlayıb.
Azərbaycanda Dərslikləri Qiymətləndirmə Şurasına üzv olmaq istəyənlər üçün ərizə qəbuluna başlanılıb

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi Dərslikləri Qiymətləndirmə Şurasının üzvlüyünə seçilmək üçün ərizə qəbuluna başlayıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, ərizə qəbulu "Dərslikləri Qiymətləndirmə Şurası haqqında Əsasnamə"nin 2.5-ci maddəsinə uyğun olaraq aparılır.

Şuranın üzvlüyünə seçilmək istəyənlər bu gündən başlayaraq martın 18-dək elektron formada müraciət edə bilərlər.

Şura üzvlüyünə seçilmək üçün ali təhsilli, ən azı 5 il pedaqoji staja malik (bu tələb 7, 8 və 9-cu bəndlərdə göstərilən şəxslərə aid deyil) mütəxəssislər elektron formada ərizə verə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti