...

Bakıda keçiriləcək bədii gimnastika üzrə AÇ-nin təşkilində iştirak etmək üçün könüllülərin qəbulu elan olunur

Cəmiyyət Materials 7 Mart 2014 11:58 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyası və “İRƏLİ” İctimai Birliyi Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının təşkilində iştirak etmək üçün könüllülərin qəbulunu elan edir.
Bakıda keçiriləcək bədii gimnastika üzrə AÇ-nin təşkilində iştirak etmək üçün könüllülərin qəbulu elan olunur

Azərbaycan, Bakı, 7 mart /Trend/

Azərbaycan Gimnastika Federasiyası və "İRƏLİ" İctimai Birliyi Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının təşkilində iştirak etmək üçün könüllülərin qəbulunu elan edir.

Federasiyadan Trend-ə verilən məlumata görə, 13-15 iyun 2014-cü il tarixlərində Bakıda yeni istifadəyə verilmiş Milli Gimnastika Mərkəzində keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə 30-cu Avropa çempionatının təşkilati işlərində iştirak üçün bütün fəal könüllülər əməkdaşlığa dəvət olunur.

Könüllülərin Bakıya gələcək xarici nümayəndə heyətlərinin müşayiət edilməsi, KİV ilə əlaqələr, nəqliyyat məsələləri ilə bağlı planların icrası, marketinq və digər adimistrativ işlərdə yaxından iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, tədbirdə etimadı doğrultmuş və fəal iştirakı ilə fərqlənən gənclər Bakı 2015 Avropa Oyunlarının təşkilinə könüllü olaraq cəlb olunmaq imkanı əldə edəcəklər.

Ölkəmiz üçün ilin ən əhəmiyyətli hadisələrdən biri olacaq bədii gimnastika üzrə Avropa çempionatının təşkilində iştirak gənclər üçün dəyərli təcrübə olacaq.

Avropa çempionatında könüllü kimi iştirak etmək istəyən gənclər 15 mart 2014-cü il tarixinədək elektron ərizə formasını dolduraraq (http://bit.ly/NWWsg4 ) müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti