...

Azərbaycanda hava şəraiti kəskin dəyişəcək: temperatur 14 dərəcəyədək enəcək

Cəmiyyət Materials 27 Mart 2014 13:19 (UTC +04:00)
Azərbaycanda hava soyuyacaq, temperatur kəskin şəkildə - 14 dərəcəyədək enəcək.
Azərbaycanda hava şəraiti kəskin dəyişəcək: temperatur 14 dərəcəyədək enəcək

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda hava soyuyacaq, temperatur kəskin şəkildə - 14 dərəcəyədək enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, martın 29-da ölkə ərazisində cənub küləyinin güclənməsi, temperatur rejiminin isə nisbətən yüksəlməsinə baxmayaraq, martın 29-dan 30-na keçən gecədən başlayaraq şimal-qərb küləyinin güclənəcəyi, bəzi ərazilərdə şiddətlənəcəyi və temperaturun kəskin şəkildə - 10-14 dərəcəyədək enəcəyi gözlənilir.

Martın 29-da axşam respublikanın bəzi şimal və qərb rayonlarında, martın 30-da isə əksər rayonlarında hava şəraitinin yağıntılı keçəcəyi, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir.

Martın 28-də prosesin gedişatından asılı olaraq, bir daha dəqiqləşdirilmiş məlumat təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti