Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir İ.İzzət/
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqəyə yekun vurulub.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 2013-cü ilin noyabr ayının 16-da keçirilmiş test imtahanından uğur qazanmış namizədlərlə Nazirliyin Müsabiqə Komissiyası tərəfindən fərdi qaydada söhbət aparılıb və müsabiqəyə yekun vurulub.
Müsabiqənin nəticələrinə görə, 60 namizəd söhbətdən müvəffəqiyyətlə keçib. Onlar qanunvericiliyə əsasən peşə fəaliyyətinə buraxılması məqsədilə aprelin 2-dən etibarən Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunacaqlar.
Müsabiqədən uğurla keçmiş şəxslərin siyahısı ilə nazirliyin rəsmi saytında dərc olunub.