...

Azərbaycanda yeni dəmir yolunun qoyuluşuna başlandı

Cəmiyyət Materials 15 Aprel 2014 09:51 (UTC +04:00)
Aprelin 15-də Salahlı-Poylu mənzilinin 73-cü kilometrində (Kür çayı üzərindən keçən) ikinci dəmir yolu körpüsünün üzərindən keçməklə 1900 metr yeni dəmir yolunun qoyuluşuna başlandı. Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyib.
Azərbaycanda yeni dəmir yolunun qoyuluşuna başlandı

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir E.Mehdiyev/

Aprelin 15-də Salahlı-Poylu mənzilinin 73-cü kilometrində (Kür çayı üzərindən keçən) ikinci dəmir yolu körpüsünün üzərindən keçməklə 1900 metr yeni dəmir yolunun qoyuluşuna başlandı. Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, yol qoyuluşu Poylu stansiyasının girişindən başlayaraq, yeni tikilən körpünün üzərindən keçməklə Salahlı-Poylu mənzilinin 73-cü kilometrinə qədər davam edəcək.

N.Əzməmmədov bildirib ki, səhər tezdən start götürən təmir işləri üç gün davam edəcək. Onun sözlərinə görə, artıq 400 metr yeni yol qoyulub.

N.Əzməmmədov əlavə edib ki, əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.

Qeyd edək ki, Bakı-Böyük Kəsik sahəsində artmaqda davam edən dəmir yolu ilə yük daşımalarının həcmini tam yerinə yetirmək, yüklərin mənzil başına vaxtında və itkisiz çatdırılmasını təmin etmək üzün Salahlı - Poylu mənzilinin 73-cü km-də Kür çayı üzərindən keçən ikinci dəmir yolu körpüsünün tikintisi tələb olunurdu.

Körpünün tikintisinə 2008-ci ildə başlanmış və 2014-cü ildə başa çatdırılıb. Körpünün tam uzunluğu 208,44 metrdir. Yol qoyuluşu başa çatandan sonra körpü tam istismara veriləcəkdir.

Həmin körpünün faydası ondan ibarətdir ki, bu sahədə birxətli dəmir yolu ikixətli dəmir yolu ilə əvəz olunacaq və qatarların hərəkətinin təhlükəsizliyi təmin olunacaqdır. İkinci körpünün tikintisi yolun səmərəliliyi və rəqabətə davamlılığının artırılması istiqamətində əhəmiyyətli addım olacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti