...

Bakıda əsas prospektlərdən birində hərəkət bağlanacaq

Cəmiyyət Materials 19 Aprel 2014 12:57 (UTC +04:00)
Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" SC Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində hərəkətin sıx olduğu yollardan biri olan Ordubadi küçəsini genişləndirir.
Bakıda əsas prospektlərdən birində hərəkət bağlanacaq

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir E. Əliyev/

Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" SC Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində hərəkətin sıx olduğu yollardan biri olan Ordubadi küçəsini genişləndirir.

Bu barədə şənbə günü Trend-ə SC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Üfüqi nişanlama xətləmə ilə əlaqədar şənbə günündən bazar gününə keçən gecə 20 Yanvar yol qovşağından Bakıdan çıxış istiqamətində ("Şamaxinka") avtomobil nəqliyyatın hərəkəti bağlanacaq. . Bu barədə şənbə günü Trend-ə SC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, bu işlər başa çatdıqdan sonra yolun əks istiqamətində xətləmə işləri həyata keçiriləcək. Avtomobil sahibləri ikinci dərəcəli yollardan istifadə edə bilərlər.
Mürsəliyevin qeyd etdiyi kimi, həmçinin xətləmə ilə əlaqədar 20 Yanvar yol qovşağından İzmir küçəsi ilə kəsişməyə qədər Tbilisi prospekti ilə hərəkət məhdudlaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti